Ukrayna daha bir ölkə ilə 10 illik saziş bağladı

23-02-2024, 17:51 8 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski və Danimarkanın Baş naziri Mette Frederiksen iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə məlumatı Zelenskinin Ofisinin rəhbərinin müavini İqor Jovkva öz feysbuk hesabında paylaşıb. 

Onun sözlərinə görə, Danimarka sazişin qüvvədə olduğu 10 il müddətində Ukraynaya dəstək göstərəcək. Burada söhbət əsas olaraq Ukraynaya pilotsuz uçuş aparatları, rabitə vasitələri, radar və bu kimi yüksəktexnoloji hərbi yardımın göndərilməsindən gedir. 

Saziş bu gün Frederiksen və Zelenskinin Lvov şəhərinə səfəri çərçivəsində imzalanıb. 

Xatırladaq ki, Ukrayna fevralın 16-da Fransa ilə analoji saziş imzalayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930