Zelenski “Netflix”in serialında rol alıb

23-02-2024, 18:39 6 dəfə baxılıb

 

Ukrayna prezidenti Vladimir Zelenski “Netflix” yayım platformasında “Tipping Point: The Bomb and the Cold War” (“Sınma anı: bomba və soyuq müharibə”) adlı yeni doqquz seriyalı ekran işində rol alıb. Serialın treyleri artıq “YouTube”da yayımlanıb.

Sənədli serial soyuq müharibənin ilkin şərtlərindən, nüvə bombasının yaradılmasından, Sovet İttifaqının dağılmasından və Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından bəhs edir. Zelenskini layihənin treylerində görmək olar. Videonun üz qabığı kimi də Zelenskinin kadrlarından istifadə edilib.

Bundan əlavə, serialda NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays çəkilib.

Filmin rejissoru Brayan Kippenberqer Rusiya-Ukrayna münaqişəsini soyuq müharibənin nəticələrindən biri hesab etdiyini bildirib.


Qeyd edək ki, serialın premyerası martın 12-də baş tutacaq.

Mənbə: Gazeta.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031