Fransada fermerlər sərgiyə gələn Makrona etiraz ediblər

24-02-2024, 19:38 4 dəfə baxılıb

Fermerlər Fransada keçirilən yarmarkada Prezident Emmanuel Makrona qarşı şüarlar səsləndirib.

"Azerinews.az" xarici KİV-lərə istinadən xəbər verir ki, Makronun iştirak etdiyi Paris kənd təsərrüfatı sərgisinin ərazisinə daxil olan fermerlər “Makron istefa ver” şüarı səsləndirərək, lazım gələrsə, Makronu öz əlləri ilə yarmarkadan uzaqlaşdıracaqlarını deyiblər.

Əraziyə xüsusi polis dəstələri gətirilib. Fəallarla polis arasında qarşıdurma yaranıb, bəzi fermerlər saxlanılıb. Polis etirazçılara bibər qazı ilə müdaxilə edib.

Fermerlər Fransa Prezidentindən ölkədəki “kənd təsərrüfatı böhranı”nı dərk etməsini və ona çarə tapmasını istəyirlər.

Xatırladaq ki, fransalı fermerlər əsasən gəlirlərinin aşağı olmasına, sərt bürokratiya qaydalarına və ədalətsiz rəqabət mühitinə etiraz edirlər.

Onlar bu ayın əvvəlində də etiraz aksiyası keçirərək magistral yolları bağlayıb və ictimai binaların qarşısını çirkləndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031