Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edib

26-02-2024, 12:34 4 dəfə baxılıb

 

Çin Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edib. 

“Azerinews.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında açıqlayıb. 

Onun sözlərinə görə, Gürcüstan vətəndaşları 30 gün ərzində Çində vizasız qala biləcəklər. Kobaxidze, həmçinin qeyd edib ki, sözügedən qərar iki ölkə arasında münasibətlərin dərinləşdirilməsində yeni imkanlar yaradacaq. 

Qeyd edək ki, 2023-cü ilin yayında Gürcüstan və Çin arasında strateji tərəfdaşlıq qurulub. Bunun ardınca, Gürcüstan Çin vətəndaşları üçün viza rejimini ləğv edib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031