Fələstin Baş naziri istefa vermək üçün Mahmud Abbasa müraciət etdi

26-02-2024, 14:37 3 dəfə baxılıb

 

Fələstin Baş naziri Mohammed Ştayyeh ölkə Prezidenti Mahmud Abbasa rəhbərlik etdiyi hökumətin istefası üçün müraciət edib.

“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin Nazirlər Kabinetinin başçısı özü bildirib.

Ştayyeh əlavə edib ki, Fələstin Milli Administrasiyasını inzibati vasitələrdən birinə çevirmək cəhdlərini qəbuledilməz hesab edir.

Baş nazir vurğulayıb ki, onun rəhbərlik etdiyi Nazirlər Kabineti öz fəallığı dövründə, Qəzzada yeni eskalasiya dövrü fonunda üzləşməli olduğu çağırışlara baxmayaraq vətəndaşların tələbləri ilə Fələstin xalqının hüquqlarının müdafiəsi arasında tarazlığa nail ola bilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930