Navalnının dəfn vaxtı və yeri açıqlandı
Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının dəfn vaxtı və yeri açıqlanıb.
“Azerinews.az” “BAZA” teleqram kanalına istinadən xəbər verir ki, mərhum martın 1-də Moskvanın Borisov qəbiristanlığında torpağa tapşırılacaq.
Bu barədə onun mətbuat katibi Kira Yarmış bildirib.
Xatırladaq ki, fevralın 16-da cəzaçəkmə müəssisəsində qəflətən ölən A. Navalnının cənazəsi fevralın 24-də anası Lüdmila Navalnayaya təhvil verilib.