Ermənistan Rusiyaya nota verdi ermenistan-rusiyaya-nota-verdi

28-02-2024, 21:14 9 dəfə baxılıb

Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

“Azerinews.az” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan açıqlama verib.

O bildirib ki, ölkənin Xarici İşlər Nazirliyi Rusiya kanallarının respublika ərazisində yayımını tənzimləyən qanunvericiliyin pozulması ilə əlaqədar rusiyalı həmkarlarına etiraz notası göndərib.

Mxitar Ayrapetyan qeyd edib ki, iki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb. Onun sözlərinə görə, son vaxtlar Rusiya efirlərində Ermənistan rəhbərliyinə qarşı təhqiramiz ifadələr tez-tez eşidilir.

O, rusiyalı həmkarına İrəvan və ya Moskvada məsləhətləşmələr aparmaq təklifi ilə məktub göndərib.

Ayrapetyan bildirib ki, çox güman ki, kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında Rusiya ilə dövlətlərarası sazişin təkmilləşdirilməsinə və ya redaktə edilməsinə ehtiyac var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930