“Fransa terrorizmin ən fəal tərəfdarıdır” - Ərdoğan

1-03-2024, 00:47 0 dəfə baxılıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorizmi ən fəal dəstəkləyən ölkə adlandırıb.

“Azerinews.az” xəbər verir ki, Türkiyənin Aydın şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı mitinqində çıxış edən Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarının təxribatçı fəaliyyətindən bəhs edib.

Bununla əlaqədar o, tikinti materiallarının böyük istehsalçısı olan Fransanın “Lafarge” şirkətinin fəaliyyətini qeyd edib.

“Bölgədə “Lafarge” tərəfindən istehsal olunan sement nəticədə terrorçular üçün sığınacaqların yaradılması üçün istifadə edildi. Təəssüf ki, Fransa terrorizmin ən fəal tərəfdarına çevrildi. İstədiyinə nail ola bildimi? Xeyr!”- Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Suriyanın şimalında terrorçuların Fransa şirkətinin məhsullarından istifadə edərək yaratdıqları sığınacaq şəbəkəsi onlara Türkiyə ordusunun hücumuna müqavimət göstərməyə kömək edə bilməyib.

“Suriyanın şimalında “Lafarge”nin dəstəyi ilə yaradılan bütün sığınacaqları məhv etdik”, - Ərdoğan əlavə edib. Bildirib ki, Türkiyənin güclənməsi, sənaye istehsalının tempinin artması və müdafiə sənayesinin inkişafı fonunda ölkəyə qarşı təhdidlərin miqyası da artır.

“Ölkəmizin əleyhdarları sonda başa düşdülər ki, terror təşkilatlarının əli ilə Türkiyəni zəiflətmək mümkün olmayacaq və buna görə də Türkiyə iqtisadiyyatına ziyan vurmağı hədəfləyiblər", - deyə Ərdoğan vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930