Albaniya Türkiyədən “Bayraktar” PUA-ları alıb

1-03-2024, 20:12 4 dəfə baxılıb

 

Bayraktar pilotsuz uçan aparatlarının partiyası Albaniyaya gəlib”.

Bunu ölkənin müdafiə naziri Niko Peleşi sosial şəbəkə hesabında yazıb.

“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” dronları artıq Albaniyadadır! Artıq iki gündür ki, onların yığılması başlayıb və paralel olaraq istismarı və nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması da davam edir”, - deyə Peleşi əlavə edib.


O, həmçinin PUA-nın fotoşəkillərini paylaşıb və bunun Silahlı Qüvvələrin modernləşmə və innovasiyalara sadiqliyin simvolu olduğunu qeyd edib.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930