Gürcüstan eks prezidenti Saakaşvilinin azadlığa buraxılması üçün imzatoplama kampaniyası keçirilir

4-03-2024, 11:53 3 dəfə baxılıb

 Saakaşvilinin azadlığa buraxılması üçün imzatoplama kampaniyası davam edir.

Hazırda həbsdə olan Gürcüstanın eks prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması üçün başladılan imzatoplama kampaniyası davam edir. "Azerinews.az"  xəbər verir ki, sözügedən kampaniya paytaxt Tbilisi ilə yanaşı müxtəlif bölgələrdə də davam etdirilir. Növbəti imzatoplama aksiyası isə Zuqdidi bələdiyyəsində baş tutub. “Milli Hərəkat”ın parlament fraksiyasının deputatı Anna Tsitlidze bildirib ki, Zuqdididə imza atmaq üçün növbələr yaranıb. Onun sözlərinə görə, Saakaşvilinin azad edilməsi üçün imzaların toplanması hər bölgədə davam etdirləcək. Qeyd edək ki, ölkə miqyasında və xarici ölkələrdə toplanan imzalar, sonda eks prezident Mixeil Saakaşvilinin əfv olunması üçün Gürcüstan prezidenti Salome Zurabişviliyə təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930