Gürcüstanda yaşayan soydaşlarımız Od çərşənbəsini qeyd ediblər

6-03-2024, 17:03 25 dəfə baxılıb

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Dmanisidə fəaliyyət göstərən “Vətəndaş - Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi” tərəfindən müəllim, tələbə və məktəb şagirlərinin, həmçinin tədbirə dəvət almış gürcü ictimaiyyətinin iştirakı ilə İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi Dmanisidə  qeyd olunub. "Azerinews.az" xəbər verir ki, müəllim və tələbələr milli adət-ənənələrə görə çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Şənlik hər kəsə bayram sevinci ilə yanaşı dolu duyğular bəxş edib. Birliyin rəhbəri Kamran Xıdırov Od çərşənbəsi barədə məlumat verib. Şənlikdə Birliyin məktəb şagirdlərinin Novruz bayramına həsr olunmuş rəsmləri, əl işləri və xalqımızın uzun illər məişətdə işlətdiyi qədim saxsı qabları və digər əşyalar nümayiş olunub. Sonda Dmanisi dağlarının ruhunu oxşayan saz havaları ifa olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031