Gürcüstanın Baş Naziri İrakli Kobaxidze İslandiya prezidenti ilə görüşüb

7-03-2024, 11:24 5 dəfə baxılıb

 Gürcüstanın Baş Naziri İrakli Kobaxidze İslandiya prezidenti Qudni Yohansonla görüşüb. "Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Hökumət administrasiyası məlumat yayıb. Məlumata əsasən, görüşdə İslandiya ilə Gürcüstan arasında mövcud ikitərəfli münasibətlərə və əməkdaşlığın gələcək perspektivlərinə toxunulub. Müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Səfərlərin gələcək mübadiləsinin və beynəlxalq platformalarda fəal tərəfdaşlığın vacibliyi vurğulanıb. Diqqət iki ölkə arasında ticarət, iqtisadiyyat, enerji və turizm sahələrində əlaqələrə yönəlib. Bu sahələrdə əməkdaşlıq potensialından maksimum istifadənin zəruriliyi qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930