Yunanıstanın pravoslav kilsəsi deputatlara qarşı üsyan edir

7-03-2024, 16:26 7 dəfə baxılıb

 Yunan Pravoslav Kilsəsi hökumətin eynicinsli nikahları qanuniləşdirməklə bağlı “şeytani” qərarından hiddətlənib.

Qeyd olunub ki, din xadimləri qanunu dəstəkləyən deputatlar üçün cəza tədbirlərinin tətbiq olunmasını tələb ediblər.

Kilsə nümayəndələri “amoral qanunvericiləri” kənarlaşdırmağa çağırıblar. Korfu adasının kilsə rəhbərliyi, həmçinin iki yerli deputatın hər hansı dini mərasimdə iştirakının qadağan ediləcəyini açıqlayıb.

“Bizim fikrimizcə, bu deputatlar özlərini kilsənin fəal üzvləri hesab edə bilməzlər. Biz onları öz pozuntularına görə tövbə etməyə çağırırıq”, - deyə Korfu kilsəsi bildirib.

Yepiskop əlavə edib ki, bu tələbin yerinə yetirilməməsi avtomatik olaraq qanunvericilərin xristianların birlik ayinindən və digər kilsə tədbirlərindən kənarlaşdırılmasına gətirib çıxaracaq.

Xatırladaq ki, fevralın 16-da Yunanıstan Parlamenti eynicinsli nikahları qanuniləşdirən və eynicinsli cütlüklərdə uşaqların doğulmasını nəzərdə tutan qanunu qəbul edib. Yunanıstan belə bir təşəbbüsü təsdiqləyən ilk pravoslav ölkə olub. Kilsə fəal şəkildə buna qarşı çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930