Vatikan səfiri Ukrayna XİN-ə çağırıldı vatikan-sefiri-ukrayna-xin-e-cagirildi

11-03-2024, 23:51 23 dəfə baxılıb

 

Vatikanın Kiyevdəki səfiri Visvaldas Kulbokas Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.

“Martın 11-də Həzrətləri Papa Fransiskin bu yaxınlarda mətbuatda dərc olunmuş bəyanatlarına görə Ukraynadakı apostol nunsisi Visvaldas Kulbokas Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunub”, - məlumatda qeyd olunub.

Görüş zamanı səfirə Kiyevin Roma Katolik Kilsəsinin rəhbərinin bəyanatları ilə bağlı məyus olması barədə məlumat verilib.

Qeyd edək ki, martın 9-da Roma Papası İsveçrənin “RSI” telekanalına müsahibə verib və bu zaman Ukraynadakı mövcud vəziyyəti şərh edib. Roma Katolik Kilsəsinin rəhbəri qeyd edib ki, məğlub olan tərəf cəsarət göstərməli və “ağ bayraq” qaldırmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031