KİV: Haiti Baş naziri istefa verib

12-03-2024, 11:09 1 dəfə baxılıb

 

Haiti Baş naziri Ariel Henri istefa verib.

"Azerinews.az" xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

Karib Ölkələri Birliyinin sədri və Qayana Prezidenti Məhəmməd İrfan Əli bu barədə bildirib. Onun sözlərinə görə, Ariel Henrinin istefası keçid prezident şurası qurulandan və müvəqqəti hökumət rəhbəri təyin olunandan sonra qəbul ediləcək.

Qeyd edək ki, son günlər baş verən hadisələr fonunda dünən videomüraciət ünvanlayan Ariel Henri istefaya gedəcəyini bildirib.

Xatırladaq ki, martın əvvəlində silahlı qrupların üzvləri Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək, orada ən azı 12 nəfəri öldürüb, 4000-ə yaxın məhbusu azad ediblər.

Dəstə liderləri həmin vaxt Keniyada səfərdə olan Baş nazir Ariel Henrini istefaya məcbur etmək istədiklərini bildiriblər. Hökumət başçısını devirmək istəyən silahlılar Port-o-Prensin təxminən 80 faizinə nəzarət etdiklərini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031