İsveçrə səfiri Rusiya XİN-ə çağırıldı
Rusiya Xarici İşlər Nazirliyi İsveçrənin səfiri Kristina Marti Lanqı çağıraraq ölkə parlamentinin Rusiyanın aktivlərinin müsadirə edilməsi ilə bağlı qərarı ilə əlaqədar demarş elan edib.
“Azerinews.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İsveçrə parlamenti ölkədə yerləşən Rusiya aktivlərinin müsadirə edilməsi mexanizminin hüquqi əsaslarının işlənib hazırlanmasına başlamaq qərarına gəlib.
“Rusiya tərəfi İsveçrə hakimiyyətinin dövlət toxunulmazlığı ilə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarını kobud şəkildə pozan bu addımını qətiyyətlə pisləyir”, - Rusiya XİN-in məlumatında qeyd olunub.
Vurğulanıb ki, Rusiya əmlakına hər hansı müdaxilə dövlət səviyyəsində oğurluq hesab olunacaq. Bu təşəbbüs reallaşarsa, cavab tədbirləri Moskvadan gələcək.