Polşada Gürcüstan vətəndaşı Telman Namazoğluna ömürlük həbs cəzası verilib

13-03-2024, 15:05 163 dəfə baxılıb

 Polşada ağır cinayət törədən Gürcüstan vətəndaşı Telman Namazoğluna ömürlük həbs cəzası verilib. "Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Lodz Məhkəməsi onu 24 yaşlı həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilib. Məlumata əsasən, 44 yaşlı kişi 24 yaşlı həyat yoldaşını amansızlıqla qətlə yetirib. İstintaq nəticəsində məlum olub ki, 3 uşaq anası T.Namazoğlu ilə daimi psixoloji və fiziki zorakılıq şəraitində yaşayıb. Rozeta Kaliçavanın qətlinə məhz dözülməz reallıqdan qaçmaq cəhdi səbəb olub. Gənc qadın uşaqları ilə birlikdə Gürcüstana qayıtmağı planlaşdırıb, ancaq zorakı ərindən qaça bilməyib. 44 Yaşlı kişi arvadını soyuq silahla qətlə yetirib, izlərini gizlətmək üçün isə kirayədə qaldığı mənzili yandırmağa cəhd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031