Dünyada ən çirkli havası olan paytaxt şəhəri açıqlandı

19-03-2024, 13:53 131 dəfə baxılıb

 

Hindistanda Nyu-Delhinin də daxil olduğu Delhi milli paytaxt dairəsi dünyanın ən çirkli paytaxt şəhəri kimi qəbul olunub. Ən çirkli havaya malik şəhər isə Hindistanın Bequsaray şəhəri seçilib.

Bu barədə İsveçrənin “IQAir” təşkilatı tərəfindən hazırlanan dünyada 2023-cü il üzrə havanın keyfiyyəti ilə bağlı araşdırmada bildirilib.

“Delhidə PM2.5 səviyyəsi 2022-ci ildə hər kubmetr üçün 89,1 mikroqramdan 2023-cü ildə 92,7 mikroqrama qədər pisləşib”, - deyə araşdırmada qeyd edilib.

Beləliklə də şəhərin havasında PM2.5 (tənəffüs sisteminə dərindən nüfuz edə bilən və sağlamlıq problemlərinə səbəb ola bilən kiçik hissəciklər) konsentrasiyası hər kubmetr üçün 60 mikroqram təhlükəsizlik həddini xeyli üstələyib.

Araşdırmada vurğulanıb ki, 2018-ci ildən bəri Hindistanın paytaxtı dörd dəfə dünyanın ən çirkli paytaxt şəhəri seçilib.

Eyni zamanda Bixar ştatındakı Bequsaray şəhəri dünyanın ən çirklənmiş aqlomerasiyası olan şəhəri kimi tanınır. Burada hər kubmetr üçün orta hesabla 118,9 mikroqram PM2.5 konsentrasiyası qeydə alınıb.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930