BMT Baş katibi Antoniu Quterreş Yaxın Şərqdə səfər edəcək

23-03-2024, 00:00 69 dəfə baxılıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Yaxın Şərqdə səfər edəcək.

"Azerinews.az" xəbər verir ki, bu barədə BMT sözçünün müavini Farhan Haq jurnalistlərə açıqlamasında bildirib.

Sözçü bildirib ki, Quterreş sabah Misirə və İordaniyaya işgüzar səfərə gedəcək. O qeyd edib ki, Baş katibin səfərinin məqsədi müsəlmanlar ilə Ramazan həmrəyliyini nümayiş etdirməkdir.

Quterreş səfər çərçivəsində həmçinin iki ölkənin dövlət rəsmiləri ilə görüşəcək və bölgədə davam edən münaqişə barəsində müzakirələr aparacaq.

Sözcü əlavə edib ki, baş katib səfəri zamanı Misir Qəzza zolağı ilə sərhəddə fəaliyyət göstərən "Rəfah" keçid məntəqəsini də ziyarət edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031