ABŞ-də betonqarışdıran məktəbli avtobusuna çırpılıb, ölənlər və yaralananlar var

23-03-2024, 08:08 26 dəfə baxılıb

ABŞ-nin Texas ştatında məktəbli avtobusu və betonqarışdıran maşının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində biri uşaq olmaqla iki nəfər ölüb.

“Azerinews.az” xəbər verir ki, bu barədə “Associated Press” yerli orqanlara istinadən bildirib.

Məlumata görə, hadisədə avtobusdakı uşaq və avtobusun ardınca hərəkət edən avtomobildə olduğu güman edilən kişi ölüb. Bundan başqa, yol qəzasında 51 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.

Agentliyin məlumatına görə, betondaşıyan 44 uşaq və 11 böyüyü daşıyan avtobusa çırpılıb. Avtobus uşaqların ekskursiyaya aparıldığı zooparkdan qayıdırmış.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031