Zelenski İspaniyanın Baş naziri ilə hava hücumundan müdafiəni müzakirə edib

25-03-2024, 00:38 92 dəfə baxılıb

Ukrayna Prezidenti Volodimir Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes arasında telefon danışığı olub.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin mətbuat xidməti bildirib.

Ukrayna lideri İspaniya hökumətinə Kiyevə davamlı dəstəyə və “Ramştayn” formatında iclasın yekunlarına dair qəbul edilmiş son qərarlara, xüsusən də güclü müdafiə paketinin təsdiqinə görə təşəkkür edib.

Zelenski həmçinin Rusiyanın başlatdığı müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan 180 mindən çox ukraynalıya sığınacaq verdiyi üçün İspaniyaya minnətdarlığını bildirib.

Zelenski həmsöhbətinə döyüş meydanındakı vəziyyət, Rusiyanın Ukraynanın enerji infrastrukturuna son kütləvi hücumları və Ukraynanın bir sıra regionlarında yaranmış ağır vəziyyət barədə məlumat verib.

Bu kontekstdə tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın davam etdirilməsi, xüsusən də səmanı Rusiyanın hava hücumlarından qorumaq üçün Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

“İnsanları və böyük sənaye mərkəzlərini qorumaq bizim üçün çox vacibdir. Bu, iqtisadiyyat və insanların evə qayıtması üçün həlledicidir”, – Ukrayna Prezidenti vurğulayıb.

Zelenski İspaniyanın Ukrayna sülh formulasının həyata keçirilməsində fəal iştirakını qeyd edib. Liderlər ilk Sülh Sammitinə hazırlıq kontekstində gələcək qarşılıqlı fəaliyyət, həmçinin Qlobal Cənub ölkələri ilə birgə iş barədə razılığa gəliblər.

Ölkə liderləri ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması məsələsinə də diqqət yetiriblər və siyasi təmasların gələcək qrafiki barədə razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930