KİV: İsrail girovların azad edilməsi qarşılığında 700-dən çox fələstinli məhbusu azad edəcək

25-03-2024, 00:56 93 dəfə baxılıb

İsrail Qəzza zolağında potensial atəşkəs razılaşması və HƏMAS yaraqlıları tərəfindən tutulan girovların azad edilməsi çərçivəsində 700-dən çox fələstinli məhbusu həbsdən azad etməyə razılaşıb.

“Azerinews.az” xəbər verir ki, bu barədə “The Jerusalem Post” bildirib.

Mətbuatda yayılan məlumata görə, məhbusların arasında terrorçuluqda və İsrail vətəndaşlarını öldürməkdə günahlandırılaraq cəza çəkən fələstinlilər də var.

KİV-in İsrail rəsmilərinə istinadən yazdığına görə, söhbət tərəflər arasında razılaşma əsasında azad oluna biləcək 700-800 məhbusdan gedir.

“Axios”un müxbiri, CN-in analitiki və “Walla”nın Vaşinqton müxbiri Barak Ravid bildirib ki, İsrailin azad etməyə razı olduğu məhkum edilmiş terrorçular arasında israilliləri öldürdükləri üçün ömürlük həbs cəzası çəkən yüzlərlə adam var.

HƏMAS yaraqlılarının da öz növbəsində 40 girovu azad edəcəyi bildirilir.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031