Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 6 nəfər yaralanıb

25-03-2024, 08:40 97 dəfə baxılıb

Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib.

“Azerinews.az” xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Bildirilib ki, yaralanmış altı nəfərdən üçünün vəziyyəti ağırdır.

Qeyd olunub ki, yerli vaxtla 23:00 radələrində (Bakı vaxtı ilə 00:00) “Toyota” markalı avtomobil “Fiat” markalı nəqliyyat vasitəsilə toqquşub. Məlumata görə, ölənlərin hər ikisi “Fiat”da olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031