Kiyevdə hava limanı yaxınlığında partlayış olub

25-03-2024, 13:32 58 dəfə baxılıb

Ukrayna paytaxtı Kiyevin Julyanı hava limanı yaxınlığında güclü partlayış olub.

“Azerinews.az” xəbər verir ki, bu barədə TASS-a hadisə şahidləri məlumat verib.

“Aeroport tərəfdə güclü partlayış oldu, tüstü səmanı bürüyüb”, - agentliyin həmsöhbəti bildirib.

Ukrayna mətbuatı da paytaxtda partlayış səslərinin eşidildiyini yazıb. Ukraynanın bəzi bölgələri üçün hava hücumu xəbərdarlığı elan edilib.

Kiyevin meri Vitali Kliçko partlayışların olduğunu təsdiqləyib və vətəndaşlara çağırış edib.

“Paytaxtda partlayışlar. Təcili sığınacaqlara gedin!”, - o sosial şəbəkədə yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031