BMT TŞ Qəzzada atəşkəslə bağlı qətnamə qəbul edib

25-03-2024, 20:20 75 dəfə baxılıb

BMT Təhlükəsizlik Şurası Qəzza zolağında Ramazan ayı ərzində dərhal atəşkəsə çağıran qətnaməni qəbul edib.

“Azerinews.az” xəbər verir ki, sənədin səsverməsi zamanı yalnız ABŞ bitərəf qalıb. Digər 14 ölkə, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya, Çin, Fransa və Böyük Britaniya qətnamənin lehinə olub.

Qətnamə Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən hazırlanıb.

Sənəddə üç bənd var. Birincisi, Ramazan ayı ərzində münaqişənin bütün tərəflərinin əməl edəcəyi dərhal atəşkəs tələbini ehtiva edir.

İkinci bənd bütün girovlara tibbi və digər ehtiyaclarını ödəmək üçün humanitar yardımın təmin edilməsi ilə dərhal və qeyd-şərtsiz azad olunmasından bəhs edir.

Üçüncü bənd Qəzzaya humanitar yardım axınının artırılmasının, çatdırılmasında maneələrin aradan qaldırılmasının və Qəzzada mülki əhalinin müdafiəsinin gücləndirilməsinin təcili ehtiyacını vurğulayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031