Britaniya MN: Dünyada nüvə silahından istifadə artacaq

26-03-2024, 08:58 101 dəfə baxılıb

Dünyada nüvə silahı təhdidi artıb və yaxın iyirmi ildə də yüksək səviyyədə qalacaq.

“Azerinews.az” xəbər verir ki, bu qiymətləndirmələr Böyük Britaniya hökumətinin ölkənin nüvə silahının qarşısını alma vasitələrinin gələcəyinə dair hesabatında yer alıb.

"Nüvə riskləri artır", - krallığın müdafiə naziri Qrant Şepps deyib. O, Rusiyanın digər ölkələri Kiyevə kömək etməyi dayandırmağa məcbur etmək üçün məsuliyyətsiz nüvə ritorikasından istifadə etməyə çalışdığını vurğulayıb. "Çin döyüş başlıqlarının sayını sürətlə artırır və çatdırılma vasitələrinin arsenalını genişləndirir. İndi nüvə klubunun köhnə üzvlərinə yeniləri qoşulur", - Şepps diqqətə çatdırıb.

Nazirin sözlərinə görə, KXDR və İranın nüvə proqramlarının inkişafı fonunda Böyük Britaniya "məsuliyyətli nüvə gücü" statusunu qorumalı və ölkənin nüvə arsenalını, strateji sualtı raket daşıyıcıları donanmasını yeniləmək üçün işlərini davam etdirməlidir.

O, qeyd edib ki, indi 30-cu illərdən sonra da davam edəcək artan risk və dəyişkənlik dövrünü yaşayırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930