Türkiyədə bir ailənin 6 üzvü avtomobil qəzasında ölüb

26-03-2024, 16:57 102 dəfə baxılıb

Türkiyənin Hatay şəhərində iki avtomobilin toqquşması nəticəsində eyni ailənin 6 üzvü ölüb, 1 nəfər yaralanıb.

“Azerinews.az” “Anadolu”ya istinadən xəbər verir ki, Dörtyol-Payas yolunda Şükrü K.-nin idarə etdiyi yük maşını qarşı zolağa çıxaraq Mehmet Sönməzin idarə etdiyi avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Mehmet Sönməz, həyat yoldaşı Zeynəb Sönməz, uşaqları Eray və Ecrin Sönməz, 64 yaşlı qayınatası Zeki Kara və 62 yaşlı qayınanası Döndü Kara ölüb.

Sürücünün digər övladı Melek Su Sönməz (8) isə yaralanıb. Yaralı uşaq təcili yardımla Dörtyol Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031