Ermənistanda hakim partiyadan olan deputat mandatından imtina edəcək

27-03-2024, 12:25 93 dəfə baxılıb

“Mülki müqavilə” fraksiyasından olan deputat Qurqen Arsenyan Ermənistan hakimiyyətinin iqtisadi siyasətinə etiraz əlaməti olaraq mandatından imtina edəcək.

“Azerinews.az” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, fikir ayrılıqları bir il əvvəl yaranıb. Q.Arsenyan əmlak vergisinin artırılmasının və qanunvericiliyə edilən digər dəyişikliklərin əleyhinə idi. Amma o, həmin vaxt mandatdan imtina etməyib, çünki Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyinat gözləyirdi. Lakin Rusiya tərəfi onun təyinatı ilə razılaşmayıb və Ermənistan hökumətinin bir neçə nümayəndəsinin, o cümlədən Q.Arsenyanın ölkəyə girişinə qadağa qoyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031