Almaniyada turist avtobusu aşıb, 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb

27-03-2024, 17:05 77 dəfə baxılıb

Almaniyanın Leypsiq şəhərində turist avtobusunun aşması nəticəsində 5 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

"Azerinews.az" TASS-a istinadən xəbər verir ki, bu barədə xilasedici xidmətdən bildirilib.

Nəqliyyat vasitəsi beynəlxalq daşımalar üzrə ixtisaslaşan “Flixbus” şirkətinə məxsusdur. Avrobus naməlum səbəbdən yoldan çıxaraq aşıb.

Hadisə yerinə xilasedici helikopterlər cəlb olunub.

Qəza ilə əlaqədar Münxen istiqamətində avtomobil yolu bağlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031