Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb

29-03-2024, 11:40 90 dəfə baxılıb

Rusiya Ermənistanı dəfələrlə aldadıb.

 "Azerinews.az" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Rusiya Ermənistanı “ən çətin dövrdə” tək qoyub. Bu bir faktdır. Bizim bir dostumuz, necə deyərlər, bir müttəfiqimiz var idi, böyük qardaşımız vardı, vaxtı gələndə bizi qoruyurdu, heç olmasa, hər şey onun bilgisi ilə baş verib deməsə də, bizi tək qoyub. Bizi dəfələrlə aldatdılar, sonra isə onları Ermənistan ərazisində yeni müharibəyə sürükləməyə çalışdılar ki, sonradan konkret vəziyyətdə bizi “xilas etsinlər” və Ermənistanın dövlətçiliyinə sıxaclar atsınlar”, - parlamentin spikeri vurğulayıb.

A.Simonyan bildirib ki, ölkəsi həmişə Avropa İttifaqına (Aİ) daxil olmağa çalışıb: “Aİ-yə üzvlük Ermənistan üçün ən məqbul variantdır. Bizim üçün Aİ üzvlüyünə namizəd statusunun əldə edilməsi izləməli olduğumuz ən düzgün və arzuolunan variantdır. Bunun hansı proseslə həyata keçirilməsi vacibdir. Çox şey edilməlidir".

Onun sözlərinə görə, “əslində Ermənistan başqa sistemə (Avrasiya İqtisadi Birliyi – AİB) “çəkilən”ə qədər həmişə bu yolla gedib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930