“Türk Hava Yolları” 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

29-03-2024, 11:46 67 dəfə baxılıb

“Türk Hava Yolları” təhlükəsizlik vəziyyəti ilə əlaqədar 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib.

"Azerinews.az"ın məlumatına görə, bu barədə Liviyanın "Al Wasat" informasiya portalı xəbər yayıb.

Məlumata görə, aviaşirkətin ilk təyyarəsi Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Liviya Milli Birlik Hökumətinin nəqliyyat naziri Məhəmməd əl-Şahubi bu münasibətlə keçirilən mərasimdə çıxış edərək, “Türk Hava Yolları”nın uçuşlarının bərpasının “digər beynəlxalq hava yolları üçün ümidverici addım” olduğunu bildirib.

Türkiyə şirkəti Liviyanın digər şəhərlərinə - Misurat və Benqaziyə də uçuşları bərpa etmək niyyətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031