AKP Mərkəzi İdarə Heyəti sabah toplanır
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İdarə Heyəti sabah toplantı keçirəcək.
“Azerinews.az” xəbər verir ki, bu barədə “TRT- haber” məlumat yayıb.
Belə ki, bu, dünən keçirilən bələdiyyə seçkilərindən sonra ilk toplantı olacaq.
Prezident və partiyanın rəhbəri olan Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda seçkilərin nəticələrinin qiymətləndirilməsi gözlənilir.
Məlumata görə, əvvəlki seçkilərlə vilayətlərə və rayonlara görə müqayisələr aparılacaq.
Mərkəzi İdarə Heyətinin toplantısından sonra AKP sözçüsü Ömer Çeliyin həm gündəm, həm də iclasla bağlı mətbuata açıqlama verəcəyi bildirilib.