Tramp fırıldaqçılıq işinə görə 175 milyon dollar girov qoyub

2-04-2024, 20:00 89 dəfə baxılıb

 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp fırıldaqçılıq işinə görə 175 milyon dollar girov qoyub.

Məlumata görə, Tramp istiqrazı “Knight Specialty” sığorta şirkəti vasitəsilə təmin edib. Girov məhkəmənin siyasətçinin təqsirli olması ilə bağlı şikayətinə baxması üçün tələb edilib.

Fevralın ortalarında məhkəmə keçmiş prezidenti “Trump Organization” aktivlərinin qiymətləndirilməsində dələduzluqda təqsirli bilib və onu 355 milyon dollar cərimələyib. Hesablanmış faizləri nəzərə alsaq, cərimə 454 milyon dollar təşkil edə bilər.

Prokurorların fikrincə, “Trump Organization” kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək üçün aktivlərin dəyərini yanlış təqdim edib.

Mənbə: lenta.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930