İsrail HAMAS-a yeni təkliflər göndərib

2-04-2024, 17:15 72 dəfə baxılıb

 

İsrail Qəzzada sülhə nail olunması üçün HAMAS rəhbərliyinə yeni təklif göndərib.

"Azerinews.az" xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Dəftərxanasından məlumat verilib.

Bildirilib ki, bu təklif Misirin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində formalaşıb.

Təklif hərbi əməliyyatlar nəticəsində bölgəni tərk edən Qəzza sakinlərinin geri qayıtması və onların təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutur. Bu təşəbbüs həmçinin girovların azad olunması istiqamətində irəli atılmış addım kimi qiymətləndirilir.

HAMAS rəhbərliyi təklifə müsbət cavab verərsə, danışıqların növbəti raundu yaxın vaxtlarda təşkil olunacaq.

İsrailin nümayəndə heyətinin müzakirələr üçün gün ərzində ölkəyə geri qayıdacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930