Belarus sərhədləri boyunca hərbi təlimlərə başlayıb

2-04-2024, 17:37 112 dəfə baxılıb

 

Belarus ölkənin Ukrayna, Polşa və Litva sərhədləri boyunca hərbi təlimlərə başlayıb.

"Azerinews.az" xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Müdafiə Nazirliyindən bildirilib ki, əsas məqsəd müharibə şəraitində ordunun baş verə biləcək hücuma çevik reaksiyasının, eləcə də ərazi bütövlüyünün etibarlı müdafiəsinin təminatı, o cümlədən hərbi vəziyyətin elan olunacağı təqdirdə zəruri tədbirlərin görülməsindən ibarətdir.

Qeyd edək ki, rəsmi Minsk təlimlərin vaxtının təsadüfən seçilmədiyini bəyan edib. Hökumətdəki mənbə xatırladıb ki, məhz 1996-cı ilin bu günü Rusiya-Belarus İttifaqının yaradılması haqqında müqavilə imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031