Kiyev heç vaxt Rusiyanın nəzarətinə keçməyəcək - BLİNKEN

3-04-2024, 12:29 116 dəfə baxılıb

 

"Kiyev heç vaxt Rusiyanın nəzarətinə keçməyəcək. Bu mümkün deyil".

 "Azerinews.az" UNIAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken danışıb.

 "Bu baş verməyəcək, indi də baş vermir. 2022-ci ildə Rusiya təcavüzünün başlanğıcında biz düşünürdük ki, Kiyevin süqutu ehtimalı var. Amma Ukrayna xalqının inanılmaz müqaviməti sayəsində, eləcə də ABŞ, Fransa və digər ölkələrin dəstəyi sayəsində, Putinin bütün ölkəni udmaq, onu xəritədən silmək, Rusiyanın bir hissəsi etmək istəyi həyata keçirilməyib və keçəməyəcək”, - deyə dövlət katibi bildirib.

 Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031