Yaponiyada hamının soyadı eyni olacaq

4-04-2024, 00:30 164 dəfə baxılıb

 

2531-ci ilə qədər Yaponiyada hamının soyadı eyni olacaq.

Bu barədə Tohoku Universitetinin iqtisadiyyat professoru Hiroşi Yoşidanın apardığı araşdırmaya istinadən məlumat yayılıb.

Elmi araşdırmalara görə, təxminən 500 ildən sonra Yaponiyada hər kəs “Sato” soyadını daşıyacaq.

Professor izah edib ki, “Sato” Yaponiyada ən çox yayılmış soyaddır və 2023-cü il məlumatlarına görə, yaponların 1,529%-i bu soyadı daşıyır. Lakin “Sato” soyadlı cütlüklərin sayı durmadan artır. Bu temp davam edərsə 2446-cı ilə qədər əhalinin yarıdan çoxu “Sato” soyadını daşıyacaq, 2531-ci ilə qədər isə bütün Yaponiya vətəndaşlarının soyadı eyni olacaq.

“Əgər hamı “Sato” olarsa, o zaman bəlkə də, bizə adlar və ya rəqəmlərlə müraciət etmək lazım gələcək”, - alim qeyd edib.

Mənbə: iz.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031