Maduro ABŞ-nin gizli bazaları haqqında danışıb

4-04-2024, 13:15 154 dəfə baxılıb

 

Venesuela hakimiyyəti Qayana ilə mübahisəli ərazilərdə yerləşən Essekibo bölgəsində ABŞ-nin Cənub Komandanlığının məxfi hərbi bazaları və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) düşərgələri barədə məlumatlara malikdir.

Bu barədə ölkə Prezidenti Nikolas Maduro məlumat verib.

“Bizim müvəqqəti olaraq Qayananın idarə etdiyi Qayana-Essekibo ərazisində Cənub Komandanlığının gizli hərbi bazaları, Cənub Komandanlığının hərbi bölmələri və Tumeremo əhalisinə, Venesuelanın cənub və şərqindəki əhaliyə hücumlar hazırlamaq və Venesuelaya qarşı eskalasiyaya hazırlıq üçün MKİ-nin bölmələrinin olması barədə təsdiqlənmiş məlumatımız var”, – siyasətçi Qayana-Essekibo ərazisinin mühafizəsi haqqında qanunun imzalanması mərasimi zamanı deyib.

Siyasətçinin sözlərinə görə, imzalanmış sənəd venesuelalıların bu torpaqlara hüququnu təmin etmək, vətəndaşları ABŞ-nin hücumlarından qorumaq, həmçinin Venesuelanın Qayana-Essekiboya olan hüquqlarının bərpası üçün əsas rol oynayır. Maduro qeyd edib ki, hazırda mübahisəli bölgədə hakimiyyət Cənub Komandanlığı, MKİ və Amerikanın “ExxonMobil” neft şirkətinin əlindədir. Maduronun fikrincə, onların məqsədi Venesuelanın resurslarını ələ keçirməkdir.

Mənbə: iz.ru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031