Rusiyada elektrik yarımstansiyası partladılıb, 12 min insan işıqsız qalıb

4-04-2024, 13:21 137 dəfə baxılıb

 

Rusiyanın Leninqrad vilayətində naməlum şəxslər elektrik yarımstansiyasını partladıblar.

"Azerinews.az" yerli KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 12 min insan işıqsız qalıb.

Bildirilib ki, aprelin 3-nə keçən gecə Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda elektrik enerjisi kəsilib. Eyni zamanda bir qadın təcili yardıma zəng edərək, elektrik kəsilmədən əvvəl küçədə iki güclü partlayış eşitdiyini bildirib.

Hadisə yerinə gedən polis və xüsusi xidmət orqanlarının əməkdaşları 2 ədəd zədələnmiş, diametri 10 və 20 santimetrlik deşikləri olan transformator aşkar ediblər.

Transformatorlardan birini bərpa etmək mümkün olmayıb. Müstəntiqlər faktla bağlı “diversiya” maddəsi ilə cinayət işi açıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031