Türkiyənin bu şəhərində nəticələr ləğv olundu

5-04-2024, 11:04 214 dəfə baxılıb

 

Martın 31-i Türkiyədə keçirilmiş bələdiyyə seçkilərində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qalib gəldiyi Ardahan şəhərində nəticələr ləğv olunub.

“Azerinews.az” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Bildirilib ki, buna səbəb Ədalət və İnkişaf Partiyasının (AK Partiya) nəticələrə etiraz etməsidir.

Belə ki, Mərkəz Rayon Seçki Şurası AK Partiyanın ərizə ilə təqdim etdiyi dəlillərə əsaslanaraq səs çoxluğu ilə seçkilərin yenilənməsinə qərar verib. Səsvermə iyunun 2-də keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031