Paşinyan onları da özü ilə Brüsselə APARIB

5-04-2024, 11:22 235 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, bu gün - aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyan, ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen arasında üçtərəfli görüş keçiriləcək.

"Azerinews.az" xəbər verir ki, Ermənistanın nümayəndə heyətinin tərkibi ölkənin Nazirlər Kabinetinin saytında dərc olunub.

Paşinyanın həyat yoldaşı Anna Akopyan, həmçinin baş nazirin müavini Tiqran Xaçatryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, onun müavini Vahan Kostanyan, Ermənistanın Belçika və ABŞ-dakı səfirləri, bir neçə müşavir baş nazirlə birlikdə Belçikaya gediblər.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 14:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031