Yunanıstanda Gürcüstan vətəndaşlarından ibarət cinayətkar dəstə saxlanılıb

5-04-2024, 11:51 190 dəfə baxılıb

 

Yunanıstan polisi Gürcüstan vətəndaşlarından ibarət mütəşəkkil cinayətkar qruplaşmanın 5 üzvünü saxlayıb.

"Azerinews.az" yerli KİV-ə istinadən xəbər verir ki, saxlanılanlardan dördünün kişi, birinin isə qadın olduğu bildirilib. Onların 2021-ci ilin noyabrından bəri Attikada müxtəlif evlərdən oğurluq etdiyi bildirilib.

Məlumata görə, Polis cinayətkar qruplaşmaya qarşı əməliyyatı aprelin 2-də həyata keçirib.

Bildirilib ki, qruplaşma üzvləri əvvəlcə müxtəlif avadanlıqlarla hədəfə aldıqları evləri və ev sahiblərini izləyib, onların evin nə vaxt tərk etdiyini müəyyənləşdiriblər. Daha sonra içəri daxil olan oğrular qızıl zinət əşyalarını və digər əşyaları oğurlayıb. Bildirilib ki, iz itirmək üçün təmizlik vasitələrindən istifadə edən cinayətkar dəstə üzvləri eyni zamanda şəxsiyyətlərinin müəyyənləşdirilməməsi üçün kodlaşdırılmış sözlərdən istifadə ediblər.

Saxlanılanların axtarışı zamanı polis əməkdaşları avtomobil, motosiklet, 3 noutbuk, 370 avro, mobil telefonlar və sim kartlar, elektronik əşyalar, oğurluqda istifadə edilən alətlər, açarlar və böyük miqdarda qızıl zinət əşyaları ələ keçiriblər.

Bildirilib ki, istintaq başlayandan 16 oğurluq və soyğunçuluq halı müəyyənləşdirilib. Oğruların qanunsuz gəlirinin 690 min avrodan çox olduğu bildirilib. Polis araşdırmaları davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930