Türkiyə istehsal etdiyi silahlarla bağlı heç kimə hesabat verməyəcək

5-04-2024, 14:11 123 dəfə baxılıb

 

Ötən gün Türkiyə dövləti Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilədən (AASQHM) çıxmaq barədə qərar qəbul edib.

Türkiyə Prezidentinin imzaladığı qərarın mətni Türkiyə hökumətinin rəsmi internet saytı olan “Resmi Gazete”də dərc edilib.

Türkiyəli jurnalist İbrahim Karagül özünün “X” səhifəsində AASQHM-dən çıxmaq qərarını şərh edərkən yazıb ki, artıq bundan sonra Türkiyə konvensiya kateqoriyalı beş növ silahın istehsalını heç bir ölkə ilə paylaşmayacaq.

Jurnalist xatırladır ki, saziş əvvəllər Türkiyəyə zirehli döyüş maşınlarının, tankların, döyüş təyyarələrinin, artilleriya və hücum helikopterlərinin istehsalı və əldə edilməsini məhdudlaşdırırdı.

“Həmçinin müqavilə tərəflərə bir-birilərinin ağır silahlarını havadan və quruda yoxlamaq imkanı verdi. Müqavilə coğrafi baxımdan Avropanın Atlantik sahillərindən başlayaraq keçmiş Sovet İttifaqının Ural dağlarına qədər olan hissəni əhatə edirdi”, - deyə İ.Karagül vurğulayıb.

İ.Karagül xatırladır ki, Rusiya 2023-cü ilin noyabr ayında Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilədən çıxdığını elan edib.

“Hər bir ölkə gərgin hərbi hazırlıq işlərini həyata keçirir. Türkiyə yaxınlaşan təhlükələrə bir çox ölkədən daha əvvəl hazırlaşmağa başlayıb. Yaxın üç ildə Şərqi Avropa, Rusiya, Yaxın Şərq, Sakit okean və Şərqi Afrikada böyük müharibələr başlaya bilər”, - deyə İ.Karagül fikrini tamamlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930