Almaniya XİN-dən Gürcüstana xəbərdarlıq

6-04-2024, 11:04 110 dəfə baxılıb

 

Gürcüstan “xarici agentlər haqqında” qanunun qəbuluna görə Avropa İttifaqına (Aİ) üzv olmağa dair namizəd statusundan məhrum ola bilər”.

“Azerinews.az” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Sebastyan Fişer danışıb. 

“Ötən il Gürcüstanda vətəndaş cəmiyyətinin on minlərlə nümayəndəsinin bu qanun layihəsinə etirazından sonra o, gündəmdən çıxarıldı. Gürcüstanın bu şansdan məhrum edilib-edilməyəcəyi məsələsi digər Aİ ölkələri ilə məsləhətləşmələr zamanı həll ediləcək”, - deyə diplomat qeyd edib. 

Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası “Xarici agentlər haqqında” qalmaqallı qanunu yenidən parlamentə təqdim etməyi planlaşdırır. Ölkədə sözügedən qanun 2023-cü ilin martın 7-də birinci oxunuşda qəbul edilib. Bunun ardınca paytaxt Tbilisidə kütləvi etiraz aksiyaları keçirilib və 60-dan çox insan saxlanılıb. Aksiya iştirakçıları parlamentin binasını yandırıb və binanı daşa tutublar. Həmin il martın 10-u isə Gürcüstan parlamenti sözügedən qanunu geri götürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031