Seneqalda yeni hökumət formalaşıb

6-04-2024, 11:21 113 dəfə baxılıb

 Seneqalda 25 nazir və beş dövlət katibinin daxil olduğu yeni hökumət formalaşıb.

İnteqrasiya və xarici işlər naziri vəzifəsini hökumətdəki dörd qadından biri olan Yasin Fall tutub. General Biram Diop silahlı qüvvələr naziri, Jan-Batist Tin daxili işlər naziri, Usman Dian isə ədliyyə naziri olub.

İqtisadiyyat, planlaşdırma və əməkdaşlıq naziri vəzifəsinə Abdurrahman Sarr, balıqçılıq, dənizçilik və liman infrastrukturu vəzifəsinə Fatu Diuf, energetika, neft və mədən sənayesi vəzifəsinə Biram Suley Diop təyin ediliblər.

Xatırladaq ki, aprelin 2-də Seneqal Prezidenti Bassiro Diomai Fay Usman Sonkonu Baş nazir təyin edib. Sonko Seneqal Vətənpərvərləri Əmək, Etika və Qardaşlıq Partiyasına rəhbərlik edir. Onun martın 24-də keçiriləcək prezident seçkisində iştirakına icazə verilməyib.

Mənbə: TASS






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930