Qazaxıstanda bu gün yeni daşqınlar gözlənilir - VİDEO

6-04-2024, 11:54 118 dəfə baxılıb

 

Qazaxıstanın Kostanay vilayətində fövqəladə vəziyyət elan edilib.

Bu barədə şəhər administrasiyasının rəhbəri Marat Jundubayev brifinqdə məlumat verib.

Onun sözlərinə görə, Qaratomar su anbarının dolma səviyyəsi 97 faiz təşkil edib. Bu gün günorta saatlarında su səviyyəsinin daha da artacağı gözlənilir.

Son günlər Qazaxıstanın səkkiz rayonu daşqınlardan zərər çəkib. Hakimiyyət qeyd edir ki, Qazaxıstanda heç vaxt belə miqyasda daşqın olmayıb. Qazaxıstanın bütün müstəqillik dövründə ilk dəfə olaraq onun su anbarları demək olar ki, 100% doludur.

Qeyd edək ki, daşqınlar avtomobillərin hərəkətini iflic edib. Aktyubinsk, Atırau, Kostanay, Pavlodar, Manqistau və Şimali Qazaxıstan vilayətlərində səkkiz respublika əhəmiyyətli yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Daşqınlarla bağlı ən kəskin vəziyyəti ölkənin qərbində müşahidə edilir. Bununla əlaqədar olaraq bir neçə gün öncə dörd regionda fövqəladə vəziyyət elan edilib.

Mənbə: “Sputnik” Qazaxıstan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930