Slovakiyada prezident seçkisinin ikinci turunda səsvermə başlayıb

6-04-2024, 12:40 106 dəfə baxılıb

 

Slovakiyada prezident seçkisinin ikinci turu üçün səsvermə başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılıb.

Ümumilikdə 5,5 milyon əhalisi olan respublikanın 4,3 milyona yaxın sakini səsvermə hüququna malikdir. Onlar yaxın beş ildə dövlətə kimin rəhbərlik edəcəyini müəyyənləşdirməlidirlər.

İkinci tura Slovakiya parlamentinin spikeri, “Səs - Sosial Demokratiya” Partiyasının lideri Peter Pelleqrini və respublikanın liberal keçmiş xarici işlər naziri İvan Korçok keçiblər.

Korçok və Pelleqrininin qalib gəlmək şansları demək olar ki, bərabərdir.

Səsvermə saat 22:00-a qədər davam edəcək, bundan sonra səslər bir neçə saat ərzində hesablanacaq. Seçkinin nəticələri bazar günü səhər məlum olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930