Cənubi Koreyadan Ukraynaya 2.3 milyard dollarlıq YARDIM

6-04-2024, 14:49 89 dəfə baxılıb

 

Cənubi Koreya Ukraynaya 2.3 milyard dollarlıq yardım paketi ayırıb.

 "Azerinews.az"  xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" xəbər agentliyi məlumat yayıb.

 NATO-nun Hind-Sakit okean regionunda tərəfdaş ölkələrinin nümayəndələrinin iştirakı ilə Brüsseldə keçirilən görüşdə Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul həmçinin Ukraynaya kömək məqsədilə NATO-nun etimad fondu vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin yaralı əsgərlərinin reabilitasiyası üçün 12 milyon dollar vəsaitin göndərilməsini təklif edib.

 Görüşün digər mövzusu Rusiya Federasiyası ilə KXDR arasında hərbi əməkdaşlıq olub. Cənubi Koreya XİN rəhbəri qeyd edib ki, Şimali Koreyaya Rusiya silahları ilə dəstək təkcə Avropanın deyil, həm də Koreya yarımadasının və Hind-Sakit okean regionunun təhlükəsizliyinə təsir edir.

 “Moskvanın Pxenyana hərbi texnologiyalar və emal olunmuş neft tədarükü qlobal silahların yayılmaması rejimini təhdid edir”, - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031