Ersin Tatar: Yeganə həll yolu Şimali Kiprin müstəqilliyinin tanınmasıdır

8-04-2024, 23:00 185 dəfə baxılıb

 

“Birləşmiş Ştatlardakı bütün görüşlərdə Yunan Kipri ilə ortaq mövqedən uzaq olduğumuzu bəyan etmişik”.

"Azerinews.az" “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar bildirib.

O vurğulayıb ki, eyni fikirləri BMT-nin baş katibi Antonio Quterreş ilə görüşü zamanı da səsləndirib.

E. Tatar Yunan Kiprinin müzakirələrin yenidən başlayacağı ilə bağlı bəyanatını da təkzib edib.

Şimali Kiprin rəhbəri onu da bildirib ki, ölkəsi beynəlxalq ictimaiyyətin təzyiqlərinə boyun əyməyəcək:

“Antonio Quterreş bizim mövqeyimizə hörmətlə yanaşdığını bildirdi. O, qeyd etdi ki, təzyiqlərlə hər hansı nəticəyə gəlmək mümkün deyil. Biz isə öz növbəmizdə bəyan etdik ki, problemin yeganə həll yolu yalnız Şimali Kiprin müstəqilliyinin tanınmasıdır. Bu mövqeyimizdən bir addım geri çəkilməyəcəyik”.


Qeyd edək ki, Ersin Tatar aprelin 5-dən etibarən ABŞ rəhbərliyi ilə müxtəlif səviyyələrdə görüşlər keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930