Gürcüstanda 145 min vətəndaşın vergi borcu silinəcək

8-04-2024, 23:00 5 dəfə baxılıb

 Gürcüstanda 145 min vətəndaşın ümumi məbləği 590 milyon lari (220 milyon dollar) məbləğində vergi borcu silinəcək.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.

“Gürcüstanda çoxlu sayda fiziki şəxsin vergi borcu var və bu səbəbdən onlar iqtisadi fəaliyyət göstərmək imkanından məhrumdurlar. Bütün fiziki şəxslərin, o cümlədən fərdi sahibkarların 2021-ci il yanvarın 1-dək yaranmış ödənilməmiş vergi borcları, o cümlədən borcun üzərinə hesablanmış cərimələr tamamilə silinəcək”, - deyə İrakli Kobaxidze bildirib.

Mənbə: “Sputnik” Gürcüstan






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930